Lideri izləmə – lider ol. Özünü dünya üzrə İT həllərinin lideri olan “INNOVA TECHNOLOGY”-də karyeraya həsr et.

Karyera İmkanları

Qlobal liderlik və innovasiya geniş istedad və bacarıq spektri tələb edir. Innova Technology-də bu, dizayn mühəndisliyi, istehsal və informasiya texnologiyaları sahələrində dünyanın ən yaxşılarını bir araya gətirmək deməkdir. Əgər bu sahələrdən birində və ya digər istiqamətlərdə karyera qurmaqla maraqlanırsınızsa, potensial vakansiyaları jobs-innova bölməsində araşdıra bilərsiniz.

Vakansiyalar

Business Development Manager

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərlə əlaqə qurmaq, görüşlər təşkil etmək.
  • Yeni marketinq təşəbbüslərini planlaşdırmaq və nəzarət etmək.
  • Yeni imkanlar tapmaq üçün təşkilatları və fərdləri araşdırmaq.
  • Mövcud müştərilərin dəyərini artırmaq və yenilərini cəlb etmək.
  • Yeni bazarlar tapmaq, inkişaf etdirmək və satışları yaxşılaşdırmaq.
  • Konfranslarda, görüşlərdə və sənaye tədbirlərində iştirak etmək.
  • Müştərilər üçün kommersiya təklifləri və kotirovkalar hazırlamaq.
  • İnkişaf komandası və biznesin böyüməsi üçün hədəflər müəyyənləşdirmək və onların yerinə yetirilməsini təmin etmək.
  • İşçiləri öyrətmək və komanda üzvlərinin bacarıqlarının inkişafına kömək etmək.

Tələblər:

  • Biznes, marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Satış, marketinq və ya əlaqəli sahədə təcrübə.
  • Güclü ünsiyyət bacarıqları və İT savadlılığı.
  • Mürəkkəb layihələri idarə etmək və çoxsaylı tapşırıqları yerinə yetirmək bacarığı.
  • Əla təşkilati bacarıqlar.
  • Minimal rəhbərliklə işləmək, təşəbbüskar olmaq və qeyri-müəyyən vəziyyətləri idarə etmək bacarığı.
  • Word, Excel, Outlook və PowerPoint proqramlarında peşəkarlıq.

Son müraciət tarixi: 01.10.2021

Project Manager

Vəzifə öhdəlikləri (Layihə Meneceri):

  • Layihələrin planlaşdırılması, icrası və nəzarətini təmin etmək.
  • Müştərilər və daxili komandalarla mütəmadi əlaqə saxlamaq.
  • Layihə büdcəsini və resurslarını idarə etmək.
  • Risklərin qiymətləndirilməsi və idarə olunması.
  • Komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək və nəticələri izləmək.
  • Layihənin gedişi haqqında rəhbərliyə hesabat təqdim etmək.

Tələblər:

  • Biznes idarəçiliyi, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Layihə idarəetməsi üzrə minimum 3 il təcrübə.
  • Scrum və Agile metodologiyaları barədə biliklər.
  • Əla təşkilati və ünsiyyət bacarıqları.
  • Çoxsaylı tapşırıqları eyni anda idarə etmək bacarığı.
  • MS Project, Jira və ya oxşar proqramlarda işləmə bacarığı.

Son müraciət tarixi: 25.04.2022

Help Desk

Vəzifə öhdəlikləri (Helpdesk Mütəxəssisi):

  • İstifadəçilərdən daxil olan müraciətləri qəbul etmək və qeydiyyata almaq.
  • Texniki problemlərin ilkin diaqnostikasını aparmaq və həll etmək.
  • Zəruri hallarda müraciətləri müvafiq şöbəyə yönləndirmək.
  • İT avadanlıqlarının və proqram təminatının düzgün işləməsini təmin etmək.
  • İstifadəçilərə dəstək və məsləhət vermək.
  • Helpdesk sistemində gündəlik hesabatların aparılması.

Tələblər:

  • İnformasiya texnologiyaları üzrə təhsil və ya ekvivalent biliklər.
  • Helpdesk və ya İT dəstək sahəsində təcrübə arzuolunandır.
  • Windows və Office proqramları üzrə biliklər.
  • Ünsiyyətcil və müştəriyönümlü olmaq.
  • Kollektivdə işləmə və stresli vəziyyətlərdə qərar vermə bacarığı.

Son müraciət tarixi: 20.09.2022

Network Engineer

Vəzifə öhdəlikləri (Şəbəkə Administratoru):

  • Şəbəkə avadanlıqlarının (switch, router, firewall və s.) quraşdırılması və idarə olunması.
  • Şəbəkə infrastrukturunun təhlükəsizliyini təmin etmək.
  • Şəbəkə performansını izləmək və optimallaşdırmaq.
  • VPN, VLAN və digər şəbəkə xidmətlərini qurmaq və dəstəkləmək.
  • Gündəlik monitorinq və problemlərin həllini təmin etmək.
  • Şəbəkə üzrə sənədləşmə və hesabatların aparılması.

Tələblər:

  • İT və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Şəbəkə idarəçiliyi üzrə minimum 2 il təcrübə.
  • Cisco, Mikrotik və ya digər şəbəkə avadanlıqları üzrə biliklər.
  • TCP/IP, DNS, DHCP, VPN texnologiyaları haqqında dərin biliklər.
  • Komanda ilə işləmə və məsuliyyətlilik.
  • CCNA və ya oxşar sertifikat üstünlükdür.

Son müraciət tarixi: 15.03.2023