Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əməkdaşların kibertəhlükələr haqqında məlumatlılığını artırmaq və Komitənin ümumi təhlükəsizlik səviyyəsini gücləndirmək məqsədilə fişinq hücumlarına qarşı maarifləndirici seminar təşkil edilib.
Seminar çərçivəsində iştirakçılara fişinq hücumlarının mahiyyəti, kibercinayətkarların bu üsullardan necə istifadə etdiyi, kiberhücumlardan qorunma yolları və şəxsi, korporativ məlumatların mühafizəsi üçün görülməsi vacib olan tədbirlər barədə ətraflı məlumat verilib.
INNOVA Technology olaraq, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində atdığı bu cür mütərəqqi addımları yüksək qiymətləndirir və alqışlayırıq. Biz də öz növbəmizdə, təşkilatların informasiya təhlükəsizliyini gücləndirmək məqsədilə qabaqcıl texnologiyalar və innovativ həllər təqdim etməyə davam edirik.
Qeyd edək ki, INNOVA Technology dövlət və özəl sektorun müxtəlif sahələrində informasiya təhlükəsizliyi, infrastrukturun müasirləşdirilməsi və risklərin idarəolunması istiqamətində geniş təcrübəyə malikdir və tərəfdaşlarına bu istiqamətdə dayanıqlı və effektiv həllər təqdim edir.



